Andorra yığması Azərbaycan millisinin rəqibi ilə görüşdə 86 oyunluq qələbə həsrətinə son qoyub

Andorra yığması Azərbaycan millisinin rəqibi ilə görüşdə 86 oyunluq qələbə həsrətinə son qoyub Avropanın iki ən zəif yığması üz-üzə gəlib
Futbol
23 Fevral , 2017 10:33
Andorra yığması Azərbaycan millisinin rəqibi ilə görüşdə 86 oyunluq qələbə həsrətinə son qoyub

Bakı. 23 fevral. REPORT.AZ/ Avropa futbolunun ən zəif komandalarından sayılan Andorra və San Marino yığmaları yoldaşlıq görüşündə üz-üzə gəlib. "Report"un məlumatına görə, oyun Andorranın qələbəsi ilə başa çatıb - 2:0.

Qolları 31-ci dəqiqədə penaltidən İldefonso Lima, 66-cı dəqiqədə isə Kristian Martines vurub.

Qeyd edək ki, hər iki komanda 2004-cü ildən qalib gələ bilmirdi. Bu qələbə sayəsində Andorra 86 matçlıq həsrətə son qoyub. Koldonun baş məşqçi olduğu komanda əvvəlki görüşlərindən 80-də uduzmuş və cəmi 6 heç-heçə etmişdi. Son heç-heçə 2016-cı il mayın 26-da Azərbaycan millisi ilə yoldaşlıq görüşündə qeydə alınmışdı.

San Marinonun isə 74 oyunluq intizarı davam edib. 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Pyerancelo Mantsarolinin baş məşqçi olduğu komanda son 12 matçında uduzub. Bu ölkənin millisi sonuncu dəfə 2014-cü ildə Estoniya ilə 0:0 hesablı heç-heçə edib. 2016-cı il sentyabrın 4-də Azərbaycan yığması səfərdə San Marinoya 1:0 hesabı ilə qalib gəlib. İki komanda Bakıda bu il sentyabrın 4-də qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi