Amerika Kubokunda 1/4 finala vəsiqə qazanan bütün komandalar məlum olub

Amerika Kubokunda 1/4 finala vəsiqə qazanan bütün komandalar məlum olub Braziliyada keçirilən Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.
Futbol
25 İyun , 2019 08:07
Amerika Kubokunda 1/4 finala vəsiqə qazanan bütün komandalar məlum olub

Braziliyada keçirilən Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.

"Report" xəbər verir ki, turnirin ¼ final mərhələsinə aşağıdakı komandalar vəsiqə qazanıb:


28 iyun

Braziliya - Paraqvay 

Venesuela - Argentina 

29 iyun

Kolumbiya - Çili 

Uruqvay - Peru


Turnirin yarımfinal mərhələsində birinci cütün qalibi ikincinin, üçüncü cütün qalibi isə dördüncünün qalibi ilə qarşılaşacaq.

Amerika Kubokunun final matçı iyunun 7-də Rio-de-Janeyronun "Marakana" stadionunda keçiriləcək.

Kubokun hazırkı qalibi 2016-cı ildə finalda Argentinanı məğlub edən Çili yığmasıdır.

Son xəbərlər

Orphus sistemi