Amerika Kuboku: Uruqvay Kanadanı yenərək üçüncü olub

Futbol
  • 14 iyul, 2024
  • 02:22
Amerika Kuboku: Uruqvay Kanadanı yenərək üçüncü olub

Amerika Kubokunun üçüncü yer uğrunda matçında Kanada və Uruqvay üz-üzə gəlib.

“Report” xəbər verir ki, qarşılaşma ABŞ-nin Şarlott şəhərinin “Bank of Amerika” stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, latın amerikalılar fəal başlayıb. Artıq 8-ci dəqiqədə Bentankur komandasını hesabda irəli çıxarıb. Bununla belə, şimal təmsilçisi oyunda geridönüş etməyi bacarıb. 22-ci dəqiqədə Kone tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə Devid dəqiq zərbə ilə kanadalıları titula yaxınlaşdırıb. Lakin əsas vaxta əlavə edilmiş müddətdə kapitan Luis Suares Uruqvayı məğlubiyyətdən xilas edərək oyunu penaltilər seriyasına daşıyıb. “El Pistolero” Ximenesin dəqiq ötürməsini qola çevirə bilib.

Penaltilər seriyasında isə bəxt uruqvaylıların üzünə gülüb – 4:3.

Beləliklə, Uruqvay milli komandası Amerika Kubokunun üçüncüsü olub.

Final qarşılaşması isə iyulun 15-də Argentina ilə Kolumbiya yığmaları arasında olacaq.

44 - Tezliklə