Altı klubun I Divizionda iştirakına icazə verilməyib

Altı klubun I Divizionda iştirakına icazə verilməyib "Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" klubları I Divizionda iştirak üçün AFFA-ya müraciət edib.
Futbol
28 İyul , 2022 10:01
Altı klubun I Divizionda iştirakına icazə verilməyib

"Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" klubları I Divizionda iştirak üçün AFFA-ya müraciət edib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb.

Bildirilib ki, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyən olunub. Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə I Divizionda çıxışı təmin olunmayacaq.

Son xəbərlər

Orphus sistemi