Almaniyanın qapıçısı Manuel Noyer Azərbaycanla oyunu buraxacaq

Almaniyanın qapıçısı Manuel Noyer Azərbaycanla oyunu buraxacaq "Bavariya"nın kapitanı məşq zamanı sol ayağını qırıb
Futbol
18 Sentyabr , 2017 23:44
Almaniyanın qapıçısı Manuel Noyer Azərbaycanla oyunu buraxacaq

Bakı. 18 sentyabr. REPORT.AZ/ Futbol üzrə Almaniya milli komandası Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına itki ilə çıxacaq.

"Report"un "Bild"ə istinadən məlumatına görə, Bundestimin qapıçısı Manuel Noyer yenidən zədə alıb.

"Bavariya"nın kapitanı "Şalke" ilə Bundesliqa qarşılaşmasından əvvəl məşq zamanı sol ayağını qırıb. Nəticədə 31 yaşlı qolkiper məşqi yarımçıq tərk edib. Onun əməliyyat olunacağı və bərpasına bir neçə ayın lazım gələcəyi bildirilir. Noyerin zədələndiyini klubun mətbuat xidməti də təsdiqləyib. Onun "Şalke" ilə oyunu buraxacağı açıqlansa da, zədənin xarakteri barədə hələlik heç bir bilgi verilməyib.

DÇ-2018-in seçmə mərhələsində C qrupunda yer alan Almaniya və Azərbaycan yığmaları arasında qarşıdakı matç oktyabrın 8-də Kayzerslauterndə keçiriləcək. Bu komandaların martın 26-da Bakıda baş tutmuş görüşündə də Manuel Noyer zədə səbəbindən iştirak etməyib. Həmin oyun Bundestimin qələbəsi ilə yekunlaşıb - 4:1. 

Son xəbərlər

Orphus sistemi