Almaniyanın ən titullu futbolçusu məlum oldu

Almaniyanın ən titullu futbolçusu məlum oldu Almaniyanın "Bavariya" klubunun futbolçusu Tomas Müller ən çox titul qazanan yerli oyunçu olub.
Futbol
739
1 Oktyabr , 2020 12:07
Almaniyanın ən titullu futbolçusu məlum oldu
Tomas Müller

"Bavariya" klubunun futbolçusu Tomas Müller Almaniyanın ən çox titul qazanan oyunçusu olub. 

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu buna ölkə Super Kubokunda Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub etdikləri görüşdə yiyələnib. 

Təcrübəli forvard karyerasında 27-ci titulunu qazanıb. Müller Almaniya millisinin və "Bavariya"nın sabiq üzvü Bastian Şvaynştaygerin rekordunu geridə qoyub. 

Qeyd edək ki, Tomas Müller "Borussiya" ilə matçın 27-ci dəqiqəsində fərqlənib. 6-cı dəfə Almaniya Super Kubokunu qazanan hücumçu bu göstəricidə də rekordçudur. 

Son xəbərlər

Orphus sistemi