Almaniyanın daha bir futbol klubunda koronavirus aşkarlandı

Almaniyanın daha bir futbol klubunda koronavirus aşkarlandı Drezden Dinamo”sunda koronavirusa iki yoluxma halı aşkarlanıb.
Futbol
10 May , 2020 05:40
Almaniyanın daha bir futbol klubunda koronavirus aşkarlandı

Drezden "Dinamo”sunda koronavirusa iki yoluxma halı aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd edilir ki, indi bütün komanda iki həftəni karantində keçirməli olacaq. Məlumata görə, COVID-19-la bağlı test verən digər futbolçularda yoluxma əlaməti yoxdur.

"Dinamo" Almaniyanın ikinci Bundesliqasında çıxış edir. İkinci Bundesliqanın oyunlarının mayın ortalarında davam etdirilməsi planlaşdırılır.

Mayın 17-də Drezden komandası ilə "Hannover-96”nın 26-cı turun görüşü planlaşdırılmışdı. Lakin iki futbolçuda koronavirusun aşkarlanması ilə əlaqədar matç keçirilməyəcək.

Xatırladaq ki, daha əvvəl Almaniyanın ikinci divizionunun başqa bir klubu - "Ersqebirq" iki həftəlik karantinə gedib. 

Son xəbərlər

Orphus sistemi