Almaniyada futbolçu azarkeşlə dalaşdı

Almaniyada futbolçu azarkeşlə dalaşdı Almaniyanın "Hamburq" klubunun futbolçusu Toni Leistner azarkeşlə dalaşıb.
Futbol
290
15 Sentyabr , 2020 10:14
Almaniyada futbolçu azarkeşlə dalaşdı
Toni Leystner

Almaniyanın "Hamburq" klubunun futbolçusu Toni Leystner azarkeşlə dalaşıb. 

"Report"un məlumatına görə, 30 yaşlı müdafiəçi ölkə kubokunun ilkin mərhələsində Drezden "Dinamo"suna 1:4 hesabı ilə uduzduqları matçdan sonra tribunaya tərəf gedib. Qarşılaşmada sarı vərəqə ilə cəzalanmış Leystner müsahibəsini yarımçıq dayandırıb və tribunaya qalxıb. 

30 yaşlı almaniyalı oyunçu bir qrup fanata fiziki təzyiq göstərdikdən sonra aşağı düşüb. 

Qeyd edək ki, Toni Leystner 2010 - 2014-cü illərdə "Dinamo"da oynayıb. Leyster "Hamburq"a bu ilin avqustunda keçib. 

Orphus sistemi