Almaniyada 30 qol vuran ən gənc futbolçu ünvanı yeniləndi

Almaniyada 30 qol vuran ən gənc futbolçu ünvanı yeniləndi Dortmund Borussiyasının yarımmüdafiəçisi Ceydon Sanço Almaniya Bundesliqasında 30 qol vuran ən gənc futbolçu ünvanına sahib çıxıb.
Futbol
180
1 İyun , 2020 00:09
Almaniyada 30 qol vuran ən gənc futbolçu ünvanı yeniləndi

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço Almaniya Bundesliqasında 30 qol vuran ən gənc futbolçu ünvanına sahib çıxıb.

"Report"un məlumatına görə, ingiltərəli oyunçu son olaraq, "Paderborn"u 6:1 hesabı ilə yendikləri XXIX tur matçında het-trik edib. O, yubiley göstəriciyə 20 yaş 67 günlüyündə imza atıb və 20 yaş 270 günündə 30 qol vurmuş "Bayer"in futbolçusu Kay Havertsi keçib.

Qeyd edək ki, Ceydon Sanço Dortmund "Borussiya"sına 2017-ci ilin yayında İngiltərənin "Mançester Siti" klubundan 7,84 milyon avroya keçib. Bu mövsüm Sanço Bundesliqada 27 oyuna 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı sözləşməsi 2022-ci ilədəkdir. 

Son xəbərlər

Orphus sistemi