Bakı. 10 aprel. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Emre Can mövsümü erkən başa vurub.
"Report" xəbər verir ki, bu barədə "Sky Sport"a açıqlamasında komandanın baş məşqçisi Yurgen Klopp bildirib. Təcrübəli mütəxəssis 24 yaşlı yarımmüdafiəçinin bərpasına bir neçə həftənin lazım gələcəyini əlavə edib. Bu isə türk əsilli oyunçunun Almaniya millisinin heyətində Rusiyada keçiriləcək dünya çempionatında iştirakının sual altına düşdüyü anlamına gəlir.
Qeyd edək ki, Emre Can İngiltərə Premyer Liqasının XXXI turunda "Liverpul"un "Uotford"u 5:0 hesabı ilə məğlub etdikləri matçda zədələnib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.