Almaniya yığmasının Azərbaycanla oyununu tənqid edən futbolçusu Konfederasiyalar Kubokuna aparılmayacaq

Almaniya yığmasının Azərbaycanla oyununu tənqid edən futbolçusu Konfederasiyalar Kubokuna aparılmayacaq Benedikt Hövedes mövsüm başa çatdıqdan sonra əməliyyat olunacaq
Futbol
30 Mart , 2017 09:48
Almaniya yığmasının Azərbaycanla oyununu tənqid edən futbolçusu Konfederasiyalar Kubokuna aparılmayacaq

Bakı. 30 mart. REPORT.AZ/ Almaniya milli komandasının və "Şalke" klubunun futbolçusu Benedikt Hövedes iyunun 17-də Rusiyada start götürəcək Konfederasiyalar Kubokuna aparılmayacaq.

"Report"un məlumatına görə, 29 yaşlı müdafiəçi baldırındakı daimi ağrılar üzündən mövsümün sonunda əməliyyat olunacaq. Baş məşqçi Yoahim Löv Konfederasiyalar Kubokunadək Hövedesin bərpa ola bilməyəcəyini açıqlayıb.

"Şalke"nin kapitanı martın 26-da Azərbaycan yığmasını 4:1 hesabı ilə yendikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçında sonadək meydanda olub. O, 84-cü dəqiqədə sarı vərəqə alıb. Oyundan sonra isə Hövedes öz komandasını tənqid edib. Təcrübəli müdafiəçi bildirib ki, oyuna laqeyd yanaşıblar və lazımınca köklənə bilməyiblər.

Qeyd edək ki, iyulun 2-dək davam edəcək Konfederasiyalar Kubokunda Almaniya yığması Avstraliya, Çili və Kamerunla birgə B qrupunda yer alacaq.  

Son xəbərlər

Orphus sistemi