Almaniya və İngiltərə yığmaları DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb - VİDEO

Almaniya və İngiltərə yığmaları DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb - VİDEO Rusiyadakı mundial iştirakçılarından 10-u dəqiqləşib
Futbol
1815
6 Oktyabr , 2017 00:57
Almaniya və İngiltərə yığmaları DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb - VİDEO

Bakı. 6 oktyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə IX tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə C, E və F qruplarında yer alan kollektivlər üz-üzə gəliblər.

Azərbaycan yığması Çexiyaya 1:2 hesabı ilə uduzduqdan sonra 3-cü pillədəki mövqeyini itirib. Əvəzində Çexiya bu mövqeni ələ keçirib. Norveç isə səfərdə San-Marinonu 8:0 hesabı ilə yenərək, 4-cü pilləyə yüksəlib.

Final mərhələsinə vəsiqələrə isə Almaniya və Çexiya milliləri yiyələnib. Bundestim ardıcıl 9-cu qələbəsini səfərdə Şimali İrlandiya üzərində qazanıb. İngiltərə uzatma dəqiqələrində Sloveniyanı yenməyi bacarıb. Polşa isə Ermənistanı darmadağın etdikdən sonra final mərhələsinə xeyli yaxınlaşıb.

Beləliklə, DÇ-2018-ə vəsiqələrin sayı 10-a çatıb. Daha əvvəl təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Belçika yığmaları bu hüquqa yiyələnib.

2018-ci il dünya çempionatının seçmə mərhələsi, IX tur

5 oktyabr

C qrupu

20:00. Azərbaycan – Çexiya - 1:2

Qollar: Əfran İsmayılov, 55-penalti ilə - Yan Kopits, 35. Antonin Barak, 66

22:45. Şimali İrlandiya – Almaniya - 1:3

Qollar: Coş Magennis, 90+3 - Sebastyan Rudi, 2. Sandro Vaqner, 21. Coşua Kimmix, 86

22:45. San Marino - Norveç - 0:8

Qollar: Markus Henriksen, 8. Coşua Kinq, 15-penalti ilə; 17. Mohamed Elyunussi, 40; 48; 69. Ole Selnes, 59. Martin Linnes, 87

Xal durumu: Almaniya - 27, Şimali İrlandiya - 19, Çexiya - 12, Norveç - 10, Azərbaycan - 10, San Marino - 0.

E qrupu

20:00. Ermənistan – Polşa - 1:6

Qollar: Hovannes Hambartsumyan, 39 - Kamil Qrositski, 2. Robert Levandovski, 18; 25; 64. Yakub Blaşikovski, 58. Rafal Volski, 89

22:45. Monteneqro - Danimarka - 0:1

Qol: Kristian Eriksen, 16

22:45. Rumıniya - Qazaxıstan - 3:1

Qollar: Kristian Budesku, 33; 38-penalti ilə. Klaudiu Keşerü, 73 - Baurjan Turısbek, 82

Xal durumu: Polşa - 22, Danimarka - 19, Monteneqro - 16, Rumıniya - 12, Ermənistan - 6, Qazaxıstan - 2.

F qrupu

22:45. İngiltərə - Sloveniya - 1:0

Qol: Harri Keyn, 90+4

22:45. Şotlandiya – Slovakiya - 1:0

Qol: Kris Martin, 89

22:45. Malta - Litva - 1:1

Qollar: Andrey Agius, 23 - Vikintas Slivka, 53

Xal durumu: İngiltərə - 23, Şotlandiya - 17, Slovakiya - 15, Sloveniya - 14, Litva - 6, Malta - 1.

Son xəbərlər

Orphus sistemi