Almaniya millisinin yeni baş məşqçisi açıqlandı

Almaniya millisinin yeni baş məşqçisi açıqlandı Cari mövsümün sonunda "Bavariya" klubundan ayrılan 56 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb
Futbol
429
25 May , 2021 13:18
Almaniya millisinin yeni baş məşqçisi açıqlandı

Futbol üzrə Almaniya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Report" Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Hans-Diter Flik gətirilib.

Cari mövsümün sonunda "Bavariya" klubundan ayrılan 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Flik AVRO-2020-dən sonra yığmanın sükanı arxasına keçəcək. O, hazırkı baş məşqçi Yoahim Lövü əvəzləyəcək.

Son xəbərlər

Orphus sistemi