Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu üçün vida matçı keçirilib - VİDEO

Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu üçün vida matçı keçirilib - VİDEO Bakı. 29 avqust. REPORT.AZ/ Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştaygerin şərəfinə vida matçı keçirilib.
Futbol
29 Avqust , 2018 12:02
Almaniya millisinin və Bavariyanın sabiq futbolçusu üçün vida matçı keçirilib - VİDEO
0 : 00
0 : 00

Bakı. 29 avqust. REPORT.AZ/ Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştaygerin şərəfinə vida matçı keçirilib.

“Report” xəbər verir ki, Münhen şəhərindəki “Alyans Arena”da təşkil olunmuş oyunda 34 yaşlı yarımmüdafiəçinin yetirməsi olduğu “Bavariya” ilə sonuncu komandası – ABŞ təmsilçisi “Çikaqo Fayr” qarşılaşıb. Görüş münhenlilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb. “Bavariya”nın heyətində Serj Qnabri, Sandro Vaqner, Aryen Robben və səbəbkarın özü fərqlənib.

Şvaynştayger hər hissədə bir komandanın heyətində yer alıb. “Bavariya”nın bütün futbolçuları veteran yarımmüdafiəçinin çıxış etdiyi 31 nömrəli forma ilə meydana çıxıblar.

Qeyd edək ki, Bastian Şvaynştayger karyerası ərzində “Bavariya” (2000 - 2015) və “Çikaqo Fayr”la (2017 - 2018) yanaşı, İngiltərənin “Mançester Yunayted” (2015 - 2017) komandasının da formasını geyinib. Millinin heyətində dünya və Avropa çempionu olan orta sahə oyunçusu "Bavariya"da çıxış etdiyi vaxt Çempionlar Liqası, UEFA Super Kuboku, klublararası dünya çempionatının qalibi, 8 qat Almaniya çempionu adına yiyələnib. 

Son xəbərlər

Orphus sistemi