Almaniya millisinin baş məşqçisi: “Azərbaycan yığması evdə daha inamlı çıxış edəcək”

Almaniya millisinin baş məşqçisi: “Azərbaycan yığması evdə daha inamlı çıxış edəcək” “Planımızı yerinə yetirə bilsək, Bakıda qalib gələcəyik”
Futbol
9 Noyabr , 2017 11:12
Almaniya millisinin baş məşqçisi: “Azərbaycan yığması evdə daha inamlı çıxış edəcək”

Bakı. 9 noyabr. REPORT.AZ/ “Azərbaycan millisi evdə daha inamlı çıxış edəcək”.

“Report” “Kicker”ə istinadən xəbər verir ki, bunu Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ştefan Kunts 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunu şərh edərkən deyib.

O bildirib ki, bu gün Bakıda “Dalğa Arena” stadionunda baş tutacaq görüş ərəfəsindən Almaniya millisinin heyətində itkilər var. Kapitan Feliks Platte, eləcə də Benyamin Henriks və Jonatan Ta zədədən əziyyət çəkir. Feliks Uduoxayla Dennnis Qayqer isə xəstədir. Baş məşqçinin sözlərinə görə, komandanın 5 liderindən 4-nün oynamaması onlar üçün çətinlik yaradacaq: “Planımızı yerinə yetirə bilsək, Bakıda qalib gələcəyik. İrlandiyadan geri qalmamaq üçün iki qələbə mütləqdir”.

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı saat 18:00-da başlayacaq. Bu kollektivlər arasında baş tutan ilk matçda Ş.Kuntsun komandası 6:1 hesabı ilə qalib gəlib. Hazırda 6 xalla 2-ci pillədə qərarlaşan qonaqlar lider İrlandiyadan 4 xal geri qalırlar. Keçirdiyi hər 3 oyunu uduzan Azərbaycan yığması isə sonuncu sıradadır.

Son xəbərlər

Orphus sistemi