İspaniyanın "Real Madrid" klubunun zədəli futbolçusu Toni Kroosun durumuna aydınlıq gəlib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 10 - 14 günlük sıradan çıxıb. Almaniyalı oyunçunun əzələsində problem aşkarlanıb.
Qeyd edək ki, Toni Kroos La Liqanın III turunda "Betis"i 3:2 hesabı ilə məğlub etdikləri görüşdə xəsarət alıb. O, Almaniya millisinin oktyabrın 7-də Türkiyə ilə yoldaşlıq görüşündə və oktyabrın 10-da UEFA Millətlər Liqasında Ukrayna ilə matçda iştirak etməyəcək.