Almaniya milli komandasının baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

Futbol
  • 15 may, 2018
  • 11:19
Almaniya milli komandasının baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

Bakı. 15 may. REPORT.AZ/ Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yoahim Löv ilə müqavilənin müddətini uzadıb.

"Report"un qurumun saytına istinadən verdiyi məlumta görə, 58 yaşlı mütəxəssislə 2022-ci ilə qədər yeni sözləşmə imzalanıb. 

Təcrübəli baş məşqçi ilə hazırkı müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya milli komandasına rəhbərlik edir. O, yığmanın rəhbərliyi altında 2014-cü ildə dünya çempionu olub. 

44 filmi