Bakı. 27 dekabr. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Adrian Ramos karyerasını Çində davam etdirə bilər.
"Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, "Beytszin Qoan" kolumbiyalı futbolçunun xidmətində maraqlıdır.
Hazırda Dortmund klubunda ildə təqribən 3 milyon avro qazanan A.Ramos keçid baş tutacağı təqdirdə 10 milyon avro civarında vəsait qazanacaq.
Qeyd edək ki, Adrian Ramos "Borussiya" forması ilə cari mövsümdə 7 oyunda meydana çıxıb. O, bu qarşılaşmaların 4-də start heyətində yer alıb, 2 qol vurub və bir qol ötürməsi verib.