Oyun vaxtı meydana atılan öküz başına görə 40 min avro cərimə kəsilib

Oyun vaxtı meydana atılan öküz başına görə 40 min avro cərimə kəsilib Cəza yüngülləşdirilib
Futbol
19 Yanvar , 2017 09:31
Oyun vaxtı meydana atılan öküz başına görə 40 min avro cərimə kəsilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Almaniyanın "Dinamo" (Drezden) futbol klubu 40 min avro cərimələnib. "Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, buna komanda azarkeşlərinin "Leyptsiq"lə ölkə kubokunun ilkin mərhələsi matçında meydana kəsilmiş öküz başı atmaları səbəb olub.

Almaniyanın idman məhkəməsi əvvəlcə "Dinamo"nun 60 min avro cərimələnməsini tələb edib. Lakin sonradan cəza bir qədər yüngülləşdirilib.

Qeyd edək ki, "Leyptsiq"lə oyun "Dinamo"nun penaltilər seriyasında qələbəsi ilə yekunlaşıb. Lakin növbəti mərhələdə drezdenlilərin qarşısını "Arminiya" kəsib - 1:0.  

Son xəbərlər

Orphus sistemi