Bakı. 28 dekabr. REPORT.AZ/ Almaniya 2-ci Bundesliqasında çıxış edən "Kayzerslautern" komandası türk baş məşqçisi Tayfun Korkutu istefaya göndərib.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı yazıb.
Buna komandanın II divizionda qənaətbəxş nəticə göstərməməsi səbəb olub. "Kayzerslautern" çempionatın 17 turundan sonra turnir cədvəlində 19 xal ilə 13-cü yerdə qərarlaşıb. "Qırmızı şeytanlar" 4 qələbə və 7 heç-heçəyə nail olublar.
Tayfun Korkut "Kayzerslautern"ə ötən yay gətirilib. 42 yaşlı mütəxəssis bunadək "Hannover 96" klubunu çalışdırıb (2014-2015). Lakin türk məşqçi oradan da istefaya göndərilib.
Qeyd edək ki, Korkut futbolçu ikən "Ştutqarter Kikers", "Fənərbaxça", "Real Soseydad", "Espanyol", "Beşiktaş" və "Gənclərbirliyi" komandalarının şərəfini qoruyub.