Almaniya Futbol İttifaqı Kuntsun Türkiyə millisinə gedişinə icazə verib

Almaniya Futbol İttifaqı Kuntsun Türkiyə millisinə gedişinə icazə verib Almaniya Futbol İttifaqı (DFB) 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Ştefan Kuntsun Türkiyə millisinin sükanı arxasına keçməsinə şərait yaradacaq.
Futbol
304
17 Sentyabr , 2021 15:44
Almaniya Futbol İttifaqı Kuntsun Türkiyə millisinə gedişinə icazə verib

Almaniya Futbol İttifaqı (DFB) 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Ştefan Kuntsun Türkiyə millisinin sükanı arxasına keçməsinə şərait yaradacaq.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə Futbol İttifaqı ilə anlaşacağı halda, 59 yaşlı mütəxəssisin müqaviləsinə xitam veriləcək.

DFB U-21 yığmasındakı uğurlu fəaliyyəti və TFF ilə xüsusi əlaqələrə görə Kuntsun karyerasında növbəti addımına mane olmaq istəmədiyini açıqlayıb: "Bu, həm də Almaniya və Türkiyə futbolu arasındakı dostluğun ifadəsidir".

Qeyd edək ki, Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş sentyabrın 10-da istefaya göndərilib.

Son xəbərlər

Orphus sistemi