Almaniya Futbol İttifaqının prezidenti Məsut Özilin tərəfini tutmadığını üçün təəssüflənib

Almaniya Futbol İttifaqının prezidenti Məsut Özilin tərəfini tutmadığını üçün təəssüflənib Reynhard Qrindel: "Mən Özilin tərəfini saxlamalı idim"
Futbol
19 Avqust , 2018 16:44
Almaniya Futbol İttifaqının prezidenti Məsut Özilin tərəfini tutmadığını üçün təəssüflənib

Bakı. 19 avqust. REPORT.AZ/ Almaniya Futbol İttifaqının (DFB) prezidenti Reynhard Qrindel milli komandanın türk əsilli yarımmüdafiəçisi Məsut Özil ilə bağlı maraqlı etiraf edib.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, o, komandadan ayrılan futbolçunun tərəfini tutmadığı üçün təəssüfləndiyini deyib.

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşə görə tənqidlərə məruz qalıb və 2018-ci il Dünya çempionatından sonra Almaniya milli komandasında karyerasını başa vurub.

"İrqçi hücumlara gəldikdə isə, mən bu məsələ ilə bağlı daha dəqiq mövqe tutmalı və Özilin tərəfini saxlamalı idim. Bu qəbuledilməzdir və bunu hamı bilməlidir. Təəssüf edirəm ki, Məsut özünü Almaniya Futbol İttifaqı tərəfindən atılmış hiss edib. Qeyd etmək lazımdır ki, mən onun dünya çempionatında çıxışı ilə bağlı heç nə deməmişəm. Aydındır ki, əgər biz birgə qələbə qazanırıqsa, birgə də uduzuruq. Bir futbolçunu komandanın uğursuzluğuna görə məsuliyyətli saymaq cəfəngiyyatdır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi