Bundesliqanın ən yaxşı futbolçusu məlum oldu

Bundesliqanın ən yaxşı futbolçusu məlum oldu Bavariya klubunun hücumçusu Robert Levandovski 2019/2020-ci illər mövsümündə Almaniya Bundesliqasının ən yaxşı futbolçusu seçilib.
Futbol
26 İyun , 2020 23:35
Bundesliqanın ən yaxşı futbolçusu məlum oldu

"Bavariya" klubunun hücumçusu Robert Levandovski 2019/2020-ci illər mövsümündə Almaniya Bundesliqasının ən yaxşı futbolçusu seçilib.

"Report"un Bundesliqanın rəsmi "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, polşalı forvard nüfuzlu mükafat uğrunda mübarizədə Timo Verner ("Leyptsiq"), Ceydon Sanço, Erlinq Holand (hər ikisi "Borussiya" Dortmund), Kay Haverts ("Bayer") və Serj Qnabrini ("Bavariya") üstələyib.

Levandovski çempionatın startından sonra 11 tur ərzində fərqlənən ilk futbolçu kimi tarixə düşüb. 32 yaşlı forvard həm də Bundesliqadakı bütün rəqib komandaları 29 tur ərzində məyus edib. O, hazırda 33 qol və 3 məhsuldar ötürmə ilə liderdir. 

Qeyd edək ki, Robert Levandovskinin qolları "Bavariya"ya ardıcıl 8-ci çempionluğunu təmin etməkdə yardımçı olub. 

Son xəbərlər

Orphus sistemi