Almaniya 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb
Futbol
- 24 aprel, 2018
- 10:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 aprel. REPORT.AZ/ Almaniya Futbol İttifaqı (DFB) 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb.
"Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında DFB prezidenti Raynhard Qrindel bütün lazımi sənədləri baş katib Teodor Teodoridisə təqdim edib.
Almaniya AVRO-2024-ü təşkil etmək istəyini hələ ötən ilin martında açıqlayıb. Bu dəfə isə DFB son tarix olan aprelin 27-nə 3 gün qalmış rəsmən ərizə verib.
Qeyd edək ki, Avropa çempionatına Türkiyə də namizəddir. Türkiyə Futbol Federasiyasının nümayəndə heyəti UEFA-ya müvafiq sənədləri bu həftə rəsmən təqdim edəcək.
Son xəbərlər
16:31
"Azərmaş"ın Voleybol Klubu dövlət qeydiyyatına alınıb
Biznes
16:25
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur
16:23
Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 34 mindən çox şəxs qəbul edilib
Biznes
16:22
Misirdə yol qəzasında 13 nəfər ölüb, 34 nəfər yaralanıb
Digər ölkələr
16:19
Foto
Qanunsuz sahibkarlıq və saxta məhsulların hazırlanması halları aşkar edilib
Biznes
16:19
"Qəbələ"nin futbolçusu Asif Məmmədov: "40 yaşında meydana çıxmaq tarixdə qalan göstəricidir"
Futbol
16:16
Foto
Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb
Milli Məclis
16:16
Almaniyanın qida avadanlıqları istehsalçıları Azərbaycan biznesi ilə danışıqlar aparacaqlar
Sənaye
16:12
"Azərbaycan Beynəlxalq Bankı"nın yeni törəmə müəssisəsi dövlət qeydiyatına alınıb
Maliyyə