​Aleksey Qay: "Cavid Hüseynov üçün darıxmışam"

​Aleksey Qay: "Cavid Hüseynov üçün darıxmışam" "Rəqibimizin kim olmasından asılı olmayaraq, istənilən futbolçu ilə məsləhətləşməyə, kömək etməyə hazıram"
Futbol
309
21 Oktyabr , 2015 20:24
​Aleksey Qay: Cavid Hüseynov üçün darıxmışam

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Rəqibimizin kim olmasından asılı olmayaraq, istənilən futbolçu ilə məsləhətləşməyə, kömək etməyə hazıram". "Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun futbolçusu Aleksey Qay deyib.

Avropa Liqasında Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə qarşılaşmadan öncə keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirən ukraynalı yarımmüdafiəçi bunları bildirib: "Azarkeşlərimizi nəzərə alsaq, düşünürəm ki, bizi dəstəkləyəcəklər. Çalışacağıq ki, qalib gələk. Təbii ki, çətin oyun olacağını qeyd etməliyəm".

33 yaşlı futbolçu komandanın həbsdə olan üzvü Cavid Hüseynov haqda verilən suala belə cavab verib: "Onun üçün darıxıram. Darıxanda bu məsələdən yapışıb qalmamaq üçün başqa şeylər haqda fikirləşirəm".

Qeyd edək ki, oktyabrın 22-də "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi