Aleksey Baqa: "Təəssüf ki, 1 qoldan artığına gücümüz çatmadı"

Aleksey Baqa: "Təəssüf ki, 1 qoldan artığına gücümüz çatmadı" "Növbəti dəfə rəqibə qol hədiyyə etdik və onların hesabda önə çıxmasına şərait yaratdıq. Qalan dəqiqələrdə isə vəziyyəti düzəltməyə çalışdıq. Təəssüf ki, 1 qoldan artığına gücümüz çatmadı. Çox bəhanə gətirmək olar. Amma əsas səbəb rəqib fərqlənmək imkanı
Futbol
18 Mart , 2022 19:01
Aleksey Baqa: Təəssüf ki, 1 qoldan artığına gücümüz çatmadı

"Növbəti dəfə rəqibə qol hədiyyə etdik və onların hesabda önə çıxmasına şərait yaratdıq. Qalan dəqiqələrdə isə vəziyyəti düzəltməyə çalışdıq. Təəssüf ki, 1 qoldan artığına gücümüz çatmadı. Çox bəhanə gətirmək olar. Amma əsas səbəb rəqib fərqlənmək imkanı yaratmağımızdır".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdiyi Premyer Liqanın XX tur oyunundan sonra deyib.

Belaruslu mütəxəssis bildirib ki, komandada əsas problem psixoloji durumla bağlıdır: "Həm turnir cədvəlindəki yerimiz, həm də digər amillər futbolçulara pis təsir edir. Psixoloji problem varsa, oyun planının heç bir önəmi yoxdur".

41 yaşlı baş məşqçi "Sumqayıt"a yeni gələndə səsləndirdiyi fikirlərin özünü sığortalamaq məqsədi daşımadığını söyləyib: "Ola bilsin ki, bəziləri düzgün başa düşməyib. Həmin şəxslərlə əlavə söhbət edə, fikirlərimi çatdıra bilərəm. Həmin fikirlərlə hazırkı uğursuz seriyanın heç bir bağlılığı yoxdur".

Son xəbərlər

Orphus sistemi