Aleksey Baqa: "Mövqeyimizə baxsaq, bu barədə danışmaq yersiz olar"

Aleksey Baqa: "Mövqeyimizə baxsaq, bu barədə danışmaq yersiz olar" "İki gün öncə "Qarabağ"la matçda ağır məğlubiyyət almışdıq. Həmin oyunu nəzərə alsaq, komandam bu gün ən xoş sözlərə layiqdir. Görüşün sonları o qədər yaxşı olmadı. Çünki 3 xala layiq idik. Amma yekun belə alındı".
Futbol
15 May , 2022 20:41
Aleksey Baqa: Mövqeyimizə baxsaq, bu barədə danışmaq yersiz olar

"İki gün öncə "Qarabağ"la matçda ağır məğlubiyyət almışdıq. Həmin oyunu nəzərə alsaq, komandam bu gün ən xoş sözlərə layiqdir. Görüşün sonları o qədər yaxşı olmadı. Çünki 3 xala layiq idik. Amma yekun belə alındı".

"Report"un məlumatına görə, bunları "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Belaruslu mütəxəssis komandanın sükanı arxasına keçdikdən sonra ən yaxşı oyunlarını göstərdiklərini bildirib: "Bunu paltardəyişmə otağında futbolçulara da dedim. Rəqib kifayət qədər ciddi komandadır. Avrokuboklar və yuxarı yerlər uğrunda mübarizə aparırdı. Xırda problemlərə baxmayaraq, komandam ən yaxşı sözlərə layiqidr. Turnir cədvəlindəki vəziyyətimiz bəllidir. Mövqeyimizə baxsaq, nəyin yaxşı, nəyin pis olması barədə danışmaq yersiz olar".

41 yaşlı baş məşqçinin sözlərinə göə, indi transferlər haqqında danışmaq lazım deyil: "Amma təlim-məşq toplanışı və heyətin gücləndirilməsi ilə bağlı müəyyən planlar var. Ümumi durumu analiz etməli, ortaq məxrəcə gəlməliyik. Müsbət dinamika var. "Şamaxı"ilə matçdan sonra bu gün də 3 xal qazana bilərdik. Bunlar analiz üçün yaxşı məqamlardır".

Baqa cari mövsümün sonunda "Sumqayıt"dan ayrılmaq istədiyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Azərbaycanca başa düşmədiyim üçün haqqımda yazılan xəbəri tərcümə etdilər. Bir məqamı eşidəndə gülümsədim. Orada maraqlı bir yer var idi. 38 yaşlı mütəxəssis yazmışdılar. Halbuki mənim 41 yaşım var. 3 yaş cavanlaşdırmışdılar. Bu faktı grəndən sonra informasiyanın necə yazıldığını başa düşdüm və həmin cümlədən sonra oxumağı dayandırdım".

Son xəbərlər

Orphus sistemi