Aleksey Baqa: "Hesab məni o qədər də maraqlandırmır"

Aleksey Baqa: "Hesab məni o qədər də maraqlandırmır" “Öz liqasında yüksək yerlər uğrunda mübarizə aparan güclü komanda ilə maraqlı qarşılaşma alındı. Heytində səviyyəli legionerin də yer aldığı kollektivə qarşı oynadıq".
Futbol
20 İyul , 2022 20:41
Aleksey Baqa: Hesab məni o qədər də maraqlandırmır

“Öz liqasında yüksək yerlər uğrunda mübarizə aparan güclü komanda ilə maraqlı qarşılaşma alındı. Heytində səviyyəli legionerin də yer aldığı kollektivə qarşı oynadıq".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Türkiyənin paytaxtı Ankranın Qızılcahamam bölgəsində yerli “Bandırmaspor”la 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Belaruslu mütəxəssis bildirib ki, hazırlıq prosesində ilk sınaq matçı olmasına baxmayaraq, futbolçularımın münasibətindən razı qalıb: "Azərbaycanda keçirdiyimiz yoxlama oyunlarını unudub burdakı matçlara köklənmişik. Baxımlı qollar vurduq, bəzi imkanları boşa verdik. Öz qapımızda da qollar gördük. Belə deyim, çox məhsuldar qarşılaşma oldu".

41 yaşlı baş məşqçinin sözlərinə görə, hesab onu elə də maraqlandırmır: "Futbolçuların əzmkarlığı, oyuna yanaşması mənə qane etdi. Düşərgəmizdə yeni oyunçular var. Futbolçularımız onların qısa vaxtda kollektivə uyğunlaşması üçün yardım edirlər ki, bu da oyunda özünü göstərir".

Son xəbərlər

Orphus sistemi