Aleksandr Səmədov həvəskar komandada çıxış edəcək

Aleksandr Səmədov həvəskar komandada çıxış edəcək Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov həvəskar komandada çıxış edəcək.
Futbol
29 Avqust , 2019 10:09
Aleksandr Səmədov həvəskar komandada çıxış edəcək

Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov həvəskar komandada çıxış edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, 35 yaşlı veteran yarımmüdafiəçinin adı yerli Noginsk “Znamya”sının iştirak ərizəsinə daxil edilib. Klub Səmədovun yeni komandasında sentyabrın 7-də Podolsk “Vityaz”ı ilə oyunda debüt edəcəyini açıqlayıb.

“Znamya” Moskva vilayətinin yüksək dəstəsində çıxış edir. Komanda 20 turdan sonra 43 xalla 2-ci sıradadır. Lider “Olimp-2” (Ximki) komandasının 44 xalı var. Səmədov Moskva “Spartak”ının sabiq futbolçuları Roman Pavlyuçenko və Aleksandr Şeşukovla komanda yoldaşı olacaq.

Qeyd edək ki, ötən mövsüm Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinmiş Səmədov 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo”, “Lokomotiv” və paytaxtın eyni adlı klublarında çıxış edib.

O, 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Finlandiya ilə oyuna hazırlıq ərəfəsində baş məşqçi Əsgər Abdullayev tərəfindən Azərbaycan millisininə dəvət alıb. Lakin təlim-məşq toplanışı zamanı yoldaşlıq oyunu keçirməyə rəqib tapılmadığı üçün onun yığmadakı debütü baş tutmayıb. Səmədov daha sonra Azərbaycan millisinə gəlməkdən imtina edib.

Bakıda keçirilmiş UEFA Avropa Liqasının final matçının səfiri olan Səmədov 2011 – 2018-ci illərdə Rusiya millisinin heyətində 53 oyuna 7 qol vurub. O, iyulun 30-da peşəkar futbolçu karyerasını bitirməmişdən əvvəl Azərbaycanda oynamaq ehtimalının olduğunu açıqlayıb. 

Orphus sistemi