Aleksandr Rıbka: "Bütün oyunçular düşdüyümüz vəziyyətdən narahatdır"

Aleksandr Rıbka: "Bütün oyunçular düşdüyümüz vəziyyətdən narahatdır" Bütün kollektivimiz hansı vəziyyətdə olduğumuzu başa düşür. Buna görə də meydana vuruşmaq, xal qazanmaq üçün əlimizdən gələni etmək üçün çıxırıq. Bugünkü matç da bunu göstərdi. Hamını çox vacib xal münasibətilə təbrik edirəm.
Futbol
1 Dekabr , 2019 18:55
Aleksandr Rıbka: Bütün oyunçular düşdüyümüz vəziyyətdən narahatdır

"Bütün kollektivimiz hansı vəziyyətdə olduğumuzu başa düşür. Buna görə də meydana vuruşmaq, xal qazanmaq üçün əlimizdən gələni etmək üçün çıxırıq. Bugünkü matç da bunu göstərdi. Hamını çox vacib xal münasibətilə təbrik edirəm".

"Report"un məlumatına görə, bunu "Səbail"in qapıçısı Aleksandr Rıbka evdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 32 yaşlı qolkiper üzşləşdikləri vəziyyətdən çıxmaq üçün çalışdıqlarını bildirib: "Hər oyunda mübarizə aparırıq və hərdən bu, nəticəsini verir. Bütün oyunçular düşdüyümüz vəziyyətdən narahatdır. Komandadakı problemlər barədə geniş danışmaq istəmirəm. Hamımız başa düşürük ki, situasiya elə də yaxşı deyil. Amma hər kəs çalışır, məşqlərdə bütün gücünü ortaya qoyur. Maksimum güc sərf edəcəyik ki, bu vəziyyətdən çıxaq".

"Səbail" 8 oyundur qalibiyyətsizlik seriyasına bu gün son verə bilərdi. Lakin Ağabala Ramazanov penaltidən yararlana bilməməklə bu seriyanı 9-a çatdırıb. Ukraynalı legioner isə futbolda hər şeyin mümkünlüyünü vurğulayıb: "Kiminsə bəxti gətirir, kiminsə yox. Qorxulu bir şey görmürəm. Yenə vuruşacağıq və fikrimcə, bu vəziyyətdən başıuca çıxacağıq".

Qeyd edək ki, mövsümün əvvəllərindən "Səbail"də maliyyə problemləri yaşanır. Bu səbəbdən, klub bir sıra legionerləri ilə yollarını ayırıb. Hazırda komandada əcnəbilərdən Aleksandr Rıbkadan əlavə, braziliyalı Eriko Da Silva, qanalı Maykl Essyen və moldovalı Yevgeni Koçuk qalıb.

Son xəbərlər

Orphus sistemi