Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"

Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik" Bakı. 15 avqust. REPORT.AZ/ Düzü, bir az şanslı idik. Rəqib təzyiqli oynadı, hətta azlıqda da qaldı. Bizi əks hücuma buraxmamağa çalışırdılar. Vəzifəmiz arxadan etibarlı oynamaq idi. Tələsmədən hücuma keçməyi planlaşdırırdıq. Çünki bizim irəli xətdə sürətli oyunçularımız var.
Futbol
3000
15 Avqust , 2018 00:19
Aleksandr Qleb: Yaxşı ki, Qarabağı keçə bildik

Bakı. 15 avqust. REPORT.AZ/ "Düzü, bir az şanslı idik. Rəqib təzyiqli oynadı, hətta azlıqda da qaldı. Bizi əks hücuma buraxmamağa çalışırdılar. Vəzifəmiz arxadan etibarlı oynamaq idi. Tələsmədən hücuma keçməyi planlaşdırırdıq. Çünki bizim irəli xətdə sürətli oyunçularımız var".

"Report" "Pressball"a istinadən xəbər verir ki, bunu Belarusun BATE komandasının futbolçusu Aleksandr Qleb "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü barədə danışarkən deyib.

37 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın futbolçularını Finlandiyanın HİK komandasının oyunçuları ilə müqayisə edib:

"Onlar daha texnikalı və sürətli idilər. Fərdi olaraq çox güclü oyunçuları var. "Qarabağ" layiqli rəqibdir. Yaxşı ki, bu komandanı keçə bildik. İndi istirahət edəcəyik. PSV ilə oyundan öncə çempionat matçı var. Daha sonra Hollandiya barədə düşünə bilərik".

BATE Çempionlar Liqasının "play-off" mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. "Qarabağ" isə Avropa Liqasının "play-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi