Aleksander Çeferin: "Superliqa layihəsi birdəfəlik başa çatdı"

Aleksander Çeferin: "Superliqa layihəsi birdəfəlik başa çatdı" "Mən bunu Avropa Super Liqası adlandırmağı xoşlamıram. Çünki belə deyil".
Futbol
11 May , 2022 18:05
Aleksander Çeferin: Superliqa layihəsi birdəfəlik başa çatdı

"Mən bunu Avropa Super Liqası adlandırmağı xoşlamıram. Çünki belə deyil".

"Report"un məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin qurumun Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində çıxışı zamanı deyib.

Sloveniyalı funksioner bildirib ki, bu, bir neçə oliqarxın və aristokratın Avropa futbolunun və cəmiyyətinin bütün dəyərlərini tapdalamaq cəhdi idi: "Mənim üçün bu layihə birdəfəlik və ya ən azı 20 il müddətinə başa çatdı".

Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.

Son xəbərlər

Orphus sistemi