Aleksander Çeferin: "AVRO-2020-nin təşkilatçı şəhərlərindən üçündə problemlər var"

Aleksander Çeferin: "AVRO-2020-nin təşkilatçı şəhərlərindən üçündə problemlər var" UEFA Avropa çempionatını əvvəlcədən planlaşdırıldığından az şəhərdə keçirməyə hazır olacaq.
Futbol
462
16 May , 2020 22:07
Aleksander Çeferin: AVRO-2020-nin təşkilatçı şəhərlərindən üçündə problemlər var
Aleksander Çeferin

UEFA Avropa çempionatını əvvəlcədən planlaşdırıldığından az şəhərdə keçirməyə hazır olacaq.

"Report"un məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

UEFA martın 17-də AVRO-2020-nin koronavirus pandemiyası səbəbindən təxirə salınmasına dair qərar qəbul edib. 12 iyun - 12 iyulda keçirilməli olan yarış gələn ilin 11 iyun - 11 iyuluna ertələnib.

"Prinsipcə bizim ideya çempionatı elə həmin şəhərlərdə keçirməkdən ibarətdir. Hazırda apardığımız danışıqlara əsasən, 9 şəhərlə bağlı hər şey yerindədir, 3 şəhərin isə problemləri var. Onları biz daha sonra müzakirə edəcəyik. Biz prinsipial olaraq, çempionatı 12 şəhərdə təşkil etmək istəyirik. Amma alınmasa, AVRO-2020-ni 10 şəhərdə də, 9-da da, 8-də də keçirməyə hazırıq" deyə Çeferin bildirib.

Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. 

Son xəbərlər

Orphus sistemi