"Alanyaspor"un prezidenti "Qarabağ" və "Neftçi"nin qonağı olub

"Alanyaspor"un prezidenti "Qarabağ" və "Neftçi"nin qonağı olub Türkiyənin "Alanyaspor" klubunun prezidenti Hasan Çavuşoğlu "Neftçi"nin qonağı olub.
Futbol
24 May , 2022 17:26
Alanyasporun prezidenti Qarabağ və Neftçinin qonağı olub

Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu "Qarabağ" klubunu ziyarət edib.

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Çavuşoğlu klubun bazasında baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb.

Klubun İdarə heyətinin üzvü Fevzihan Aras, direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov Hasan Çavuşoğluna "Qarabağ"ı ziyarət etdiyi üçün təşəkkür edib. Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Çavuşoğluna "köhlən atlar"ın forması hədiyyə edilib.

16:17

Türkiyənin "Alanyaspor" klubunun prezidenti Hasan Çavuşoğlu "Neftçi"nin qonağı olub.

"Report" paytaxt təmsilçisinin rəsmi tviter səhifəsinə istinadən xəbər verir ki, klub rəhbərliyi ilə görüşdə gələcəkdə komandalar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Son xəbərlər

Orphus sistemi