AİJA-nın prezidenti: Ermənilər çəkindilər, turnirdə bizimlə qarşılaşmaq istəmədilər

AİJA-nın prezidenti: Ermənilər çəkindilər, turnirdə bizimlə qarşılaşmaq istəmədilər Biz razılıq versək də, ermənilər çəkindilər və oynamaq istəmədilər.
Futbol
21 May , 2024 11:45
AİJA-nın prezidenti: Ermənilər çəkindilər, turnirdə bizimlə qarşılaşmaq istəmədilər

Biz razılıq versək də, ermənilər çəkindilər. Turnirdə bizimlə qarşılaşmaq istəmədilər.

Bunu “Report”a açıqlamasında Azərbaycan İdman Jurnalistləri Assosasiyasının (AİJA) prezidenti Eldar İsmayılov Azərbaycanın idman jurnalistlərindən ibarət minifutbol komandasının Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa Media Kubokunda çıxışını dəyərləndirərkən deyib.

AİJA prezidenti turnirdə Ermənistan komandasının da olduğunu, amma onların millimizlə oynamaqdan çəkindiklərini deyib: “Yarışda Ermənistan komandası da çıxış edirdi. Püşkatmadan öncə bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşmuşdular. Biz razılıq vermişdik. Hər halda, beynəlxalq yarışdır. Ermənilər isə çəkindilər. Onlar sonradan heç öz qruplarından da çıxa bilmədilər”.

E.İsmayılov bütün oyunları qələbə ilə bitirib çempion olduqlarını söyləyib: “Çox gərgin yarış keçdi. İlk oyunda Almaniya komandasını böyük hesabla məğlubiyyətə uğratdıq. Daha sonra İsraillə qarşılaşdıq. Bu komandada əsasən ukraynalı jurnalistlər çıxış edirdilər. Son dərəcə hazırlıqlı olmalarına baxmayaraq, onları 1:0 hesabı ilə məğlub etdik. Üçüncü oyunda Moldovanı 4:2 üstələyərək yarımfinala yüksəldik. Bu mərhələdə gürcüstanlı həmkarlarımızla qarşılaşdıq və qələbə qazandıq. Finalda isə Rumıniyaya böyük hesabla qalib gələrək çempion olduq və kuboku Bakıya gətirdik”.

0, 2014-cü ildə ikinci yeri tutduqlarını xatırladıb: “Moldovanın idman jurnalistləri assosiasiyası hər il beynəlxalq Media Kuboku təşkil edir. 2014-cü ildə də həmin yarışda iştirak etmişdik. Komandamızın kapitanı rəhmətlik Elnur Əşrəfoğlu idi. O vaxt finalda Moldova komandası ilə qarşılaşdıq. Rəqibin heyətində o vaxtkı ölkə prezidentinin oğlu da oynadığı üçün nəyin bahasına olur-olsun, qələbə qazanmağa çalışırdılar. Həmin vaxt ikinci olduq. Ötən il sponsor tapa bilmədiyimiz üçün bu yarışa gedə bilmədik”.

Qeyd edək ki, Avropa Media Kubokunun finalında Rumıniyanı 7:4 hesabı ilə məğlub edən Azərbaycan yığması ilk dəfə çempion tituluna yiyələnib.

Son xəbərlər

Orphus sistemi