Futbol agentləri “yay transfer pəncərəsi” dövründə 500 milyon dollar qazanıb.
“Report” xəbər verir ki, bu barədə “Fifa Tms” nəşri məlumat yayıb. Mənbənin məlumatına əsasən, bu il yay pənəcərəsindən 8 746 futbolçunun keçidi rəsmiləşdirilib. Bu transferlərdən agentlər 529,3 milyon dollar qazanıb.
Bu məbləğin 64.9% -ni futbolçuların nümayəndələrinə oyunçuların keçdiyi klublar ödəyib.
Bu xərclərin böyük əksəriyyəti (76%) beş aparıcı Avropa çempionatının - İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa klublarının payına düşür.