Azərbaycan millisinin hücumçusu: "Macarıstana qarşı çox aqressiv oynamalıyıq"

Azərbaycan millisinin hücumçusu: "Macarıstana qarşı çox aqressiv oynamalıyıq" Qarşıdakı iki oyun bizim üçün çətin olacaq. Amma inanırıq ki, evdə sərfəli nəticələr qazanacağıq. İlk olaraq, Macarıstanla oynayırıq və rəqibi analiz etmişik. Baş məşqçimiz bizə tapşırıqlarını verib.
Futbol
3 İyun , 2019 12:47
Azərbaycan millisinin hücumçusu: Macarıstana qarşı çox aqressiv oynamalıyıq

"Qarşıdakı iki oyun bizim üçün çətin olacaq. Amma inanırıq ki, evdə sərfəli nəticələr qazanacağıq. İlk olaraq, Macarıstanla oynayırıq və rəqibi analiz etmişik. Baş məşqçimiz bizə tapşırıqlarını verib".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiyaya qarşı keçirəcəkləri növbəti oyunlar barədə danışarkən deyib.

Bu görüşlərə çox ciddi hazırlaşdıqlarını söyləyən 26 yaşlı hücumçu Macarıstanın çox aqressiv oyuna üstünlük verdiyini əlavə edib: "Ola bilsin ki, bu, bir az bizə çətinlik yaratsın. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Macarıstan millisi çox istəkli oynayır. Onların Xorvatiyanı məğlub etmələrində ən böyük amil çox aqressiv çıxışları olub".

Uzun müddətdən sonra yığmaya cəlb olunan Ramazanov komandanın seçmə mərhələdəki şansların barədə danışmaqda çətinlik çəkib. O bildirib ki, komanda yalnız döyüşüb-mübarizə aparmaqla nəyisə nail ola bilər: "Macarıstan da Xorvatiyanı bunun hesabına məğlub edib. Aqressiv və istəkli oynayırlar. Bizdən üstün ola bilərlər. Oyunlarına baxmışam. Yalnız istəkli olduqları üçün nəticə qazandılar. Bu komandaya qarşı çox aqressiv oynamalıyıq. Onlar necə, biz də elə. Macarıstanın baş məşqçisi Marko Rossi də açıqlamasında bildirib ki, Bakıya qələbə üçün gəlirlər. Çox ürəkli danışırlar. Əslində, bu da bir motivasiyadır".

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi