Aftandil Hacıyev: "Yeni klubların bölgələri təmsil etməsi daha yaxşı olar"

Aftandil Hacıyev: "Yeni klubların bölgələri təmsil etməsi daha yaxşı olar" "Fasilədən sonra bilirdik ki, çempionata köklənmək futbolçulara çətin olacaq. Bu gün bir sıra oyunçumuz müxtəlif səbəblərdən matçda iştirak edə bilmirdi. Hendrik Ekşteyn, Əfran İsmayılov və Ruslan Hacıyevin yoxluğunu daha çox hiss edirdik"
Futbol
3 Aprel , 2021 20:13
Aftandil Hacıyev: Yeni klubların bölgələri təmsil etməsi daha yaxşı olar

"Fasilədən sonra bilirdik ki, çempionata köklənmək futbolçulara çətin olacaq. Bu gün bir sıra oyunçumuz müxtəlif səbəblərdən matçda iştirak edə bilmirdi. Hendrik Ekşteyn, Əfran İsmayılov və Ruslan Hacıyevin yoxluğunu daha çox hiss edirdik".

"Report"un məlumatına görə, bu fikirləri "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev evdə "Zirə" ilə qolsuz bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibin fərqli sistemlərlə oynadığını bildirib: "İlk 20-25 dəqiqədən sonra rəqibin oyununa öyrəşdik. Amma qonaqlar ilk yarıda daha üstün idilər. Fasilədən sonra qol epizodlarımız artdı. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Ümumən futbolçularımın oyunundan və işə yanaşmasından razı qaldım. Bu il fərqli “Zirə” görürük. Hesab edirəm ki, 1 xal qazandıq".

Hacıyevin sözlərinə görə, “Səbail”, “Zirə” səviyyəsində komandaların sayının 12-yə çatdırılması mümkündür: "Bu gün biz ən az büdcəylə mübarizə aparırıqsa, yəqin ki, mümkündür. Hesab edirəm ki, say artacağı təqdirdə yeni komandaların bölgələri təmsil etməsi daha yaxşı olar".

Son xəbərlər

Orphus sistemi