"İlk oyunlar hər zaman həyəcanlı keçir. Maraqlı qarşılaşma alındı. "Sabah"la səfər matçının ağır olacağını bilirdik".
"Report"un məlumatına görə, bunları "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis heyətin tam komplektləşmədiyini bildirib: Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Heyətimizə yeni oyunçular cəlb etmişik. Bu oyunu unudub, növbəti matça köklənməliyik".
O, qələbəyə görə mükafat veriləcəyini istisna etməyib: "Rəhbərlik bu qələbəmizin qiymətləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, mükafat olacaq".