Aftandil Hacıyev: "Qarşımıza Avrokuboklara düşmək vəzifəsi qoyulmayıb"

Aftandil Hacıyev: "Qarşımıza Avrokuboklara düşmək vəzifəsi qoyulmayıb" Bakı. 15 sentyabr. REPORT.AZ/ Maraqlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Bu cür oyunların sayı artdıqca, çempionatımızın səviyyəsi də artır. Komandamdan razı qaldım. Müdafiədə az səhvə yol verdik. Futbolçularımı təbrik edirik.
Futbol
15 Sentyabr , 2018 23:32
Aftandil Hacıyev: Qarşımıza Avrokuboklara düşmək vəzifəsi qoyulmayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Maraqlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Bu cür oyunların sayı artdıqca, çempionatımızın səviyyəsi də artır. Komandamdan razı qaldım. Müdafiədə az səhvə yol verdik. Futbolçularımı təbrik edirik".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının IV turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.

O bildirib ki, "Səbail"in 6 futbolçusunun milli komandalara çağırılması oyunlarına təsir edib:

"Bizim qarşımıza Avrokuboklara düşmək vəzifəsi qoyulmayıb. Yeni komandayıq. Futbolçuların üzərinə belə bir təzyiq qoymaq istəmirik. Əlbəttə, biz də Avrokubok zonasına düşmək istərdik. Lakin “Zirə” də yaxşı komandadır və qitəmiqyaslı yarışlara çıxmaq istəyir".

Son xəbərlər

Orphus sistemi