Aftandil Hacıyev: "Bizim üçün rotasiya etmək çətindir"

Aftandil Hacıyev: "Bizim üçün rotasiya etmək çətindir" "Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar. İlk hissədə oyuna yaxşı girə bilmədik. Qapımızda penalti gördük və qonaqlara psixoloji üstünlük verdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox təhlükəlidir. Diqqətli oynamalıydıq. Amma ilk hissədə 2 top bur
Futbol
8 May , 2022 19:58
Aftandil Hacıyev: Bizim üçün rotasiya etmək çətindir

"Bizim üçün rotasiya etmək çətindir. Futbolçular əllərindən gələni etdilər, amma alınmadı. Çalışacağıq ki, çempionatı layiqli şəkildə başa vuraq".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVI tur matçından sonra deyib.

41 yaşlı mütəxəssis oyuna yaxşı başlamadıqlarını bildirib: "Qapımızda penalti gördük və qonaqlara psixoloji üstünlük verdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox təhlükəlidir. Diqqətli oynamalıydıq. Amma ilk hissədə 2 top buraxdıqdan sonra İkinci yarıda daha çox hücuma atılıb, risk almağa başladıq. Son dəqiqələrdə Nikolas Raysel qol epizodunu dəyərləndirə bilsəydi, bəlkə də 1 xal qazana bilərdik. Rəqibin hücum xəttində sürətli və fərdi ustalığı yüksək olan oyunçular var: "Bu, amil həlledici oldu. Ona görə də penaltini boşa vermələrinə baxmayaraq, nizam-intizamı itirmədilər".

Hacıyev sonda zədədən əziyyət çəkən qapıçı Rəşad Əzizlinin durumuna da toxunub: "Müalicəsi davam edir. 2 gün sonra fərdi məşqlərə başlayacaq".

Son xəbərlər

Orphus sistemi