Afrikalı qadın futbolçu gender testindən keçə bilməyib

Afrikalı qadın futbolçu gender testindən keçə bilməyib Qadın futbolçulardan ibarət Zambiya yığmasının kapitanı Barbra Banda anormal qan analizlərinə görə Afrika çempionatından kənarlaşdırılıb.
Futbol
7 İyul , 2022 12:17
Afrikalı qadın futbolçu gender testindən keçə bilməyib

Qadın futbolçulardan ibarət Zambiya yığmasının kapitanı Barbra Banda anormal qan analizlərinə görə Afrika çempionatından kənarlaşdırılıb.

"Report"un "Mundo deportivo" nəşrinə istinadən məlumatına görə, 22 yaşlı hücumçunun qanında yüksək testosteron səviyyəsi aşkarlanıb ki, bu da əsasən kişilərə xas əlamətdir.

Yığmanın baş məşqçisi Brüs Mvape məsələyə münasibət bildirib: "Barbra Bandanın Afrika çempionatında iştirak etməməsinin əsl səbəblərini deyə bilmərəm. Bunu Afrika Futbol Konfederasiyasından soruşun".

Azarkeşlər oyunçunun qovulması ilə bağlı yığmadan dəqiq cavabın olmamasından narazıdırlar. Onlar Zambiya Qadın Futbol Federasiyasını fəaliyyətsizlikdə ittiham edirlər.

Son xəbərlər

Orphus sistemi