Afrikalı futbolçu: "Azərbaycanda Essyenlə birlikdə oynamaq karyeramın zirvəsi idi"

Afrikalı futbolçu: "Azərbaycanda Essyenlə birlikdə oynamaq karyeramın zirvəsi idi" “Azərbaycanda iki klubda oynadım və mənə qarşı olan münasibətdən razı qaldım. Burada kiçik problemlər yaşadım, lakin bu ölkəyə getdiyim üçün peşman deyiləm".
Futbol
15 Sentyabr , 2021 09:00
Afrikalı futbolçu: Azərbaycanda Essyenlə birlikdə oynamaq karyeramın zirvəsi idi

“Azərbaycanda iki klubda oynadım və mənə qarşı olan münasibətdən razı qaldım. Burada kiçik problemlər yaşadım, lakin bu ölkəyə getdiyim üçün peşman deyiləm".

"Report"un məlumatına görə, bu fikirləri hazırda Cənubi Afrika Respublikasının "Amazulu" klubunda çıxış edən "Sabah" və "Səbail"in sabiq futbolçusu Hendrik Ekşteyn "Soccerladuma" nəşrinə müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi "Səbail"də ulduz futbolçu Maykl Essyenlə birlikdə oynadığını xatırladıb: "Bu, mənim karyeramın zirvəsi idi. Essyenlə hələ də əlaqəni davam etdiririk. Ümumiyyətlə, Azərbaycanda mənə sevgi göstərdilər".

Qeyd edək ki, Hendrik Ekşteyn 2019-cu ildə "Sabah"ın, 2020/2021 mövsümündə isə "Səbail"in formasını geyinib.

Son xəbərlər

Orphus sistemi