Afrikalı futbolçu Bakı klubu ilə müqaviləni yeniləyə bilər

Afrikalı futbolçu Bakı klubu ilə müqaviləni yeniləyə bilər Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail"in futbolçusu Hendrik Ekşteyn "dənizçilər"lə yeni müqavilə imzalaya bilər.
Futbol
17 Noyabr , 2020 19:11
Afrikalı futbolçu Bakı klubu ilə müqaviləni yeniləyə bilər
Hendrik Ekşteyn

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail"in futbolçusu Hendrik Ekşteyn "dənizçilər"lə yeni müqavilə imzalaya bilər.

"Report" "soccerladuma.co.za" saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra paytaxt təmsilçisi ilə danışıqlara başlayacaq.

İddiaya görə, təcrübəli oyunçu 2021-ci ilin yayınadək olan sözləşməsinin müddətini uzatmaqda maraqlıdır. Cənubi Afrika Respublikasından olan futbolçunun yenidən ölkəsinə qayıtmaq ehtimalı da istisna edilmir.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev isə "Report"a açıqlamasında Ekşteyn kimi futbolçu ilə uzunmüddətli müqavilə imzalanmasını istədiyini bildirib: "Amma biz indiki məqamda təklif olunan şərtlərə hazır deyilik. Açığı, hazırda özümüz də bu barədə düşünmürük. Yalnız qış fasiləsindən sonra hər hansı futbolçunun komandada qalmasını rəhbərliklə müzakirə edə bilərik".

Qeyd edək ki, Hendrik Ekşteyn bu ilin yanvarından "Səbail"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi