Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb - SİYAHI

Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb - SİYAHI Bakı. 14 dekabr. REPORT.AZ/ Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Futbol
14 Dekabr , 2018 17:26
Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb - SİYAHI

Bakı. 14 dekabr. REPORT.AZ/ Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

“Report” xəbər verir ki, “onluq”da Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan İngiltərənin “Arsenal” komandasının nigeriyalı hücumçusu Aleks İvobi və qabonlu forvardı Pyer-Emerik Obameyanq da var.

Siyahıda həmçinin Məhəmməd Salah (“Liverpul”, Misir), Andre Onana (“Ayaks”, Kamerun), Ansi Badri (“Esperans”, Tunis), Riyad Mahrez (“Mançester Siti”, Əlcəzair), Denis Onyanqo (“Mamelodi Sandaunz”, Uqanda), Sadio Mane (“Liverpul”, Seneqal), Mehdi Benatia (“Yuventus”, Mərakeş) və Valid Soliman (“Əl-Əhli”, Misir) yer alıb.

Qalib Afrika Futbol Konfederasiyalarına daxil olan yığmaların baş məşqçiləri və kapitanları arasında keçiriləcək sorğu ilə müəyyənləşəcək və 2019-cu il yanvarın 8-da Seneqalın paytaxtı Dakarda mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi