Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu məlum olub

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu məlum olub Kristian Atsu həm də ən yaxşı qol üçün nəzərdə tutulan mükafatı alıb
Futbol
101
9 Fevral , 2015 10:44
Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu məlum olub

Bakı. 9 fevral. REPORT.AZ/ Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu müəyyənləşib. "Report"un məlumatına görə, bu, Qana yığmasının hücumçusu Kristan Atsudur.

23 yaşlı forvardın komandası finalda Kot-dİvuara penaltilər seriyasında 8:9 hesabı ilə uduzub. O, komandasının bütün 6 qarşılaşmasında çıxış edib, 2 qol vurub və gümüş medala sahib olub. Atsu həm də ən yaxşı qol üçün nəzərdə tutulan mükafatı alıb. Onun Qvineyanı 3:0 hesabı ilə yendikləri 1/4 final matçındakı dəqiq zərbəsi fərqləndirilib.

Qeyd edək ki, transfer hüququ İngiltərənin "Çelsi klubuna məxsus olsa da, Kristian Atsu "Everton"un formasını geyinir.

Son xəbərlər

Orphus sistemi