"Qarabağ"ın futbolçusu Patrik Andrade Kapo-Verde millisinin heyətində Seneqala qarşı Afrika Millətlər Kubokunun 1/8 final oyununda meydandan qovulub.
"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi matçın 21-ci dəqiqəsində rəqib futbolçuya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.