Afrika Millətlər Kuboku: Bütün 1/8 final cütləri müəyyənləşib

Afrika Millətlər Kuboku: Bütün 1/8 final cütləri müəyyənləşib Onların arasında "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verde ilə "Neftçi"nin oyunçusu Mamadu Kanenin yer aldığı Qvineya millisi də var
Futbol
21 Yanvar , 2022 01:17
Afrika Millətlər Kuboku: Bütün 1/8 final cütləri müəyyənləşib

Kamerunda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.

"Report"un məlumatına görə, 24 komandanın qatıldığı yarışda 6 qrupun hər birindən 2 ən yaxşısı və üçüncü yeri tutanlardan ən yaxşı nəticə göstərən 4-ü pley-offa yüksəlib.

Onların arasında "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verde ilə "Neftçi"nin oyunçusu Mamadu Kanenin yer aldığı Qvineya millisi də var.

1/8 finalda oynayacaqlar:

Kamerun - Komor adaları
Burkina Faso - Qabon
Seneqal - Kabo Verde
Qvineya - Qambiya
Mərakeş - Malavi
Nigeriya - Tunir
Kot d İvuar - Misir
Mali - Ekvatorial Qvineya

Qeyd edək ki, görüşlər 23 - 26 yanvarda olacaq.

Son xəbərlər

Orphus sistemi