​Afrika Kuboku: Qana Əlcəzairə qalib gəlib, Fildişi Sahili ikinci heç-heçəsini edib

​Afrika Kuboku: Qana Əlcəzairə qalib gəlib, Fildişi Sahili ikinci heç-heçəsini edib Fildişi Sahili ardıcıl olaraq ikinci matçında məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtarıb
Futbol
25 Yanvar , 2015 07:22
​Afrika Kuboku: Qana Əlcəzairə qalib gəlib, Fildişi Sahili ikinci heç-heçəsini edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Afrika Millətlər Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib və hələ ki, heç bir komanda vaxtından əvvəl play-off-a vəsiqə qazana bilməyib.

"Report" xəbər verir ki, "C" qrupunda Qana Asamoa Qyanın yeganə qolu sayəsində Əlcəzair üzərində qələbə qazanıb ki, bu da "qara ulduzlar"ı əhəmiyyətli dərəcədə play-off mərhələsinə yaxınlaşdırıb.

Seneqal praktiki olaraq 1/4 finalı özünə təmin edə bilərdi, lakin CAR oyunda heç-heçəyə nail olub.

"C" qrupu

Qana — Əlcəzair - 1:0

Qol: Qyan, 90+2

CAR — Seneqal 1:1

Qollar: Manisa, 47 — Mbodji, 60

Turnir cədvəli: Seneqal – 4, Əlcəzair, Qana – 3, CAR – 1.

"D" dördlüyü yarışın ən sülhsevər qrupudur. Burada bütün oyunlar 1:1-lik heç-heçə ilə başa çatır. Turnirin əsas favoritlərindən biri sayılan Fildişi Sahili ardıcıl olaraq ikinci matçında məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtarır. Qvineya ilə oyunda onları Dumbiya xilas etmişdisə, Mali ilə oyunun qəhrəmanı Maks Qradel olub.

Kamerun son turda Fildişi Sahili, Qvineya isə Mali ilə qarşılaşacaq.

"D" Qrupu

Fildişi Sahili — Mali 1:1

Qollar: Qradel, 86 — Sako, 7

Kamerun — Qvineya 1:1

Qollar: Mukanco-Bile, 13 — Traore, 42

Turnir cədvəli: Kamerun, Fildişi sahili, Qvineya, Mali – 2.

Son xəbərlər

Orphus sistemi