Bakı. 16 mart. REPORT.AZ/ Madaqaskarlı Əhməd Əhməd Afrika Futbol Konfederasiyasına (CAF) yeni prezident seçilib.
"Report"un qurumun "Twitter" hesabına istinadən verdiyi məlumata görə, o, səsvermədə 29 ildir bu vəzifəsini icra edən kamerunlu İssa Hayatunu qabaqlayıb.
Ə.Əhməd 34, İ.Hayatou isə 20 səs alıb.
Qeyd edək ki, madaqaskarlı funksioner 2021-ci ilə qədər prezident postunu tutacaq.